21 SAYLI MƏKTƏBDƏ XOCALI ŞƏHİDLƏRİ YAD EDİLMİŞDİR
25 fevral 2016-cı ildə E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında Xocalı faciəsinə həsr olunmuş “Xocalı – qan yaddaşımız” adlı anım tədbiri keçirilmişdir. Məktəb rəhbərliyinin, müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə məktəbdə fəaliyyət göstərən “şagird poeziya teatrı”nın və dram dərnəyinin üzvləri səhnəciklər və şeir nümunələri ilə çıxış etdilər, şagirdlərin ifasında Xocalı faciəsini əks etdirən kompozisiyalar nümayiş olundu. Məktəbin tarix müəllimi Leyla Məmmədova çıxış edərək şagirdlərə Xocalı hadisəsinin baş vermə səbəbləri və nəticələri barədə ətraflı məlumat verdi. Tədbirin sonunda məktəbin direktoru Ceyhun Bayramlı çıxış edərək tədbirin keyfiyyətlə təşkilinə görə fəallıq nümayiş etdirən şagirdlərə minnətdarlığını bildirdi və tarixi yaddaşımızla bağlı milli-vətənpərvərlik ruhunda böyüyən gənc nəslin üzərinə düşən vəzifələrdən danışdı.