21 SAYLI MƏKTƏBDƏ FƏNN AYLIĞI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLMİŞDİR

24 fevral 2016-cı ildə E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında Ana dili-ədəbiyyat fənn aylığı çərçivəsində “Ana dilimizi sevək, sevdirək” adlı növbəti tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdir. Tədbirin təşkilatçısı məktəbdə fəaliyyət göstərən “şagird poeziya teatrı” dərnəyinin rəhbəri, Azərbaycan dili-ədəbiyyat fənn müəllimi Səadət Bağırova idi. Tədbirdə məktəb şagirdlərinin ifasında ana dilinə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa edildi. Məktəbin “İstedad” rəqs qrupunun ifasında rəqs nömrələri nümayiş etdirildi, daha sonra isə ana dilinin əhəmiyyətini əks etdirən video-materiallar və slaydlar nümayiş olundu. Məktəbin direktoru və psixoloqu çıxış edərək şagirdlərə ana dilini sevmək və qorumaqla bağlı öz tövsiyələrini verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi