21 saylı məktəbdə Beynəlxalq Ana dili günü ilə bağlı tədbir keçirilmişdir

22 fevral 2016-cı ildə E.Məmmədov adına 21 saylı tam orta məktəbdə ibtidai sinif şagirdlərinin iştirakı ilə “Ana dilimizi sevək, sevdirək” adlı bədii tədbir keçirilmişdir. Məktəbin ibtidai sinif müəllimi Ləman İdayətovanın təşkilatçılığı ilə keçirilən tədbirdə 4C sinif şagirdləri çıxış edərək, ana dilinin gözəlliyini əks etdirən şeirlər söyləmiş, mahnılar oxumuşlar. Tədbirdə Ana dilinə həsr olunmuş videoslayd nümayiş etdirilmiş, şagirdlərin ifasında tarixi məzmunlu səhnəcik tədbir iştirakçılarına təqdim olunmuşdur. Sonra məktəbin direktoru Ceyhun Bayramlı çıxış edərək, Azərbaycan dilinin xalqın mənəvi sərvəti olduğunu, gələcək nəsillərin bu əmanəti qorumaq vəzifəsi daşıdığını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi