Məktəbimizdə "Son Zəng" tədbiri keçirilib

14 iyun 2025-ci il tarixində məktəbimizdə “Son zəng” tədbiri keçirilib. . Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi təlimatına uyğun olaraq təşkil olunub. Məktəbin stadionunda keçirilən mərasimdə şagirdlərin, müəllimlərin, valideynlərin və dəvət olunmuş qonaqların iştirakı ilə duyğulu və yaddaqalan anlar yaşanıb. Bu il məktəbimizdən məzun olan XI sinif şagirdləri üçün təşkil edilən tədbir, həm sevinc, həm də ayrılıq hissləri ilə müşayiət olunub. Tədbir zamanı şagirdlərin çıxışları, müəllimlərin xoş arzuları, şeirlər, mahnılar və məktəblə vidalaşma səhnələri iştirakçılarda dərin təəssürat yaradıb. Xüsusilə qürurverici hal ondan ibarət idi ki, tədbirdə məktəbimizin məzunu olan Vətən müharibəsi qaziləri də iştirak ediblər. Onların iştirakı tədbirə xüsusi ruh və vətənpərvərlik notları qatıb. Tədbir ərzində həmçinin BŞTİ-nin müəyyən etdiyi normalar və qaydalara ciddi şəkildə əməl olunmuş, təhlükəsizlik və intizam ön planda tutulmuşdur. Sonda şagirdlər simvolik olaraq son zəngin sədaları altında məktəblə vidalaşıb, yeni həyata doğru ilk addımlarını atıblar. Onlara gələcək həyatlarında uğurlar arzulayırıq! #MÜTDA #BAKIMƏKTƏBLƏRİ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi