"Mən sağlam qidalanıram" adlı maarifləndirici tədbir keçirilib

28.04.2025-ci il tarixində məktəbdə “Ailəm və məktəbim” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Hər şey övladımız üçün” başlığı altında ibtidai sinif müəllimi Sevil İbrahimovanın təşkilatçılığı ilə "Mən sağlam qidalanıram" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbəqədər qrup şagirdləri və onların valideynləri də iştirak ediblər. Tədbirin məqsədi uşaqlara düzgün və balanslı qidalanmanın əhəmiyyətini aşılamaq, valideynləri bu istiqamətdə daha məlumatlı etmək olub. Müəllim sağlam qidaların faydaları, düzgün qidalanma rejimi və zərərli qidaların orqanizmə təsiri haqqında ətraflı məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi