Məktəbin IV siniflərində Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib

30.04.2025-ci il tarixində məktəbin 4-cü siniflərində Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib. Monitorinqin məqsədi şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin tədris prosesinin səmərəliliyinin yoxlanılması olub. Şagirdlərə əvvəlcədən hazırlanmış test tapşırıqları təqdim edilib və onlar müəyyən müddət ərzində bu sualları cavablandırıblar. Monitorinq prosesinə məktəbin müəllim heyəti nəzarət edib.