"Şagirdlər arasında davranış və ünsiyyət mədəniyyəti" mövzusunda maarifləndirici tədbir keçirilib

Əslində milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində müxtəlif səpkidə tədbirlər keçirilməkdədir. Məktəbin ibtidai sinif müəllimi Maya Məsmalıyeva 3"B" sinif şagirdləri "Şagirdlər arasında davranış və ünsiyyət mədəniyyəti" mövzusunda maarifləndirici tədbir keçirib.