Zəfərin başlanğıcı

Aprel döyüşlərinə həsr olunmuş "Zəfərin başlanğıcı" adlı "Dəyirmi masa" keçirilib. Tədbirdə torpaqlarımıın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks- hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirib. Sonda Aprel döyüşlərində ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs edən videoçarx nümayiş olunub.