20 Yanvar -Ümumxalq Hüzn Günü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı müBbarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 31 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir. Ümumxalq hüzn günü ilə əlaqədar məktəbdə müxtəlif səpkidə silsilə tədbirlər keçirilib. Bununla əlaqədar olaraq məktəbdə
“20 Yanvar- Azadlığa gedən yolun zirvəsi”, “Vətən sevgisindən şəhidlik zirvəsinə”, “Azadlığın zirvə günü”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda "Dəyirmi masa" , inşa-yazı müsabiqəsi, rəsm və əl işləri sərgisi, guşələr, xüsusi dərslər təşkil edilib. Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirlərdə Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən, tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.