Narkomaniya ümumbəşəri bəladır

03.04.2024-cü il tarixində məktəbdə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib. Tədirdə Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktik İşin Təşkili bölməsinin rəisi Nəbi Nəcəfov, Yasamal rayonİcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, Yasamal rayon İcra Hakimiyyətinin nəzdində "Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyası"nın katibi Emin Babayev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Çıxış edən qonaqlr narkomaniyanın bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrildiyindən, narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yarandığından söz açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi