MƏKTƏBƏ YENİ TƏYİN OLUNMUŞ DİREKTORUN TƏQDİMATI KEÇİRİLİB
01.04.2024-cün il tarixində Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbə yeni təyin olunmuş direktor Elgün Bəxtiyar oğlu Əliyevin təqdimatı keçirilib. Təqdimatda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov və Yasamal rayonu İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova iştirak ediblər. Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi yeni direktor Elgün Əliyevi məktəb kollektivinə təqdim edib. Əliyev Elgün Bəxtiyar oğlu 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat müəllimliyi” fakültəsinin bakalavr dərəcəsini, 2005-2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsinin “Riyazi analiz” ixtisası üzrə magistratura şöbəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2018-ci illərdə “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə riyaziyyat müəllimi və riyaziyyat-informatika kafedrasının metodisti vəzifəsində çalışmışdır. 2018-2024-cü illər ərzində “Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi”ndə riyaziyyat müəllimi, riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutu “Müəllimlərə metodiki dəstək” layihəsi üzrə "Sinfin effektiv idarə edilməsi", "Məktəbdaxili qiymətləndirmə" və "Yeni nəsil dərsliklər üzrə riyaziyyatın tədrisi metodikası" istiqamətlərində təlimçidir. Uğurları: 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Təşəkkürnamə, 2021-ci ildə Fəxri Fərman, 2022-ci ildə isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 05.03.2024-cü il tarixindən Yasamal rayonu Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 3 övladı var.