Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib

1 mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Bununla əlaqədar olaqraq məktəbimizdə tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət olmuşdur. Tədbirdə məktəbin II və VII sinif şagirdləri iştirak edib. Məktəbin hərbi rəhbəri Cəfər Mehdiyev çıxış edərək şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında ətraflı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi