Məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Bu gün biz Xocalı soyqırımından danışarkən qan yaddaşımızı heç vaxt unutmamalıyıq. Bunu hazırda yetişməkdə olan gənc nəslə, o cümlədən şagirdlərimizə də öyrədirik ki, əsrlər ötsə də, ermənilərin xalqımızın övladlarının başına gətirdikləri bu müsibətləri daim xatırlasınlar. Bununla əlaqədar olaraq məktəbdə soyqırıma həsr olunmuş müxtəlif səpkidə tədbirlər keçirilir. İlk dərslər Xocalı soyqırımına həsr olunub. Şagirdlər divar qəzetləri, plakatlar hazırlayıblar, ədəbi-bədii kompozisiyalar keçirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi