VIII və IX siniflərdə məktəbdaxili monitorinq keçirilib
19.02.2024- cü il tarixində məktəbdə BŞTİ tərəfindən VIII və IX sinif şagirdlərinin əsas fənləri üzrə monitoring imtahanı keçirilib. Eyni monitorinq materialları həm 8-ci siniflərə, həm də 9-cu siniflərə təqdim olunub. Məqsəd 8-ci siniflərin mövcüd vəziyyətini, 9-cu siniflərin isə 7, 8-ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirmək olub. Monitorinq Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib. Hər sinif üzrə nəzarətçi müəllimlər təyin olunub.