“ Şagird davranış qaydaları” layihəsi çərçivəsində növbəti iclas keçirilib
3 fevral 2024-cü il tarixində “ Şagird davranış qaydaları” layihəsi çərçivəsində nizam intizam şurasının (NİŞ ) növbəti iclası keçirildi. Sinif rəhbərlərinin təqdimatı əsasında rəğbətləndirməyə namizəd şagirdlərin adlı siyahısı ilə tanış olduqdan sonra, göstərilən meyarlara uyğun şagird nailiyyətləri bir daha nəzərdən keçirilərək şurada səsə qoyuldu və səs çoxluğu qazanan namizədlərə “Təşəkkürnamə ” "Diplom" ilə təltif olunacağı qərara alındı. Əlavə olaraq NİŞ-da təhsilalanların təhlükəsizliyinin təminatı, müəllim və şagirdlərlə psixoloji maarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə işin artırılması haqqında müzakirələr aparıldı və ikinci yarımil müddətində şagird təhlükəsizliyi ilə bağlı məsələr daha çox diqqətdə saxlanılacağı qərara alındı.