20 Yanvar hüzn gününün otuz dördüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bununla əlaqədar olaraq məktəbdə müxtəlif səpkidə tədbirlər həyata keçirilməkdədir. Yanvarın 19-da məktəbdə ilk dərslər 20 Yanvar Hüzn Gününə həsr olunub. Şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil ediib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Müəllim və şagird kollektivi şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarət ediblər.