Pedaqoji şuranın növbəti iclası keçirilib
Noyabrın 27-də 2023-2024-cü tədris ili üçün pedaqoji şuranın ikinci iclası keçirilib. Direktor əvəzi Gülnarə Süleymanova pedaqoji kollektivi müzakirə ediləcək məsələlərlə tanış edib. İclasda tədris ilinin sentyabr, oktyabr, noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlər, ibtidai siniflərdə ana dili və riyaziyyatın tədrisinin monitorinqi , zəif oxuyan və xüsusi istedada malik uşaqlarla işin təşkili, ayrı-ayrı fənlər üzrə diaqnostik qiymətləndirmələrin nəticələri, fənn aylıqlarının təşkili, sentyabr, oktyabr, noyabr aylarında müəllim və şagirdlərin nizam-intizam qaydalarının və dərsə davamiyyətinin nəticələri, keçirilmiş tədbirlər, məktəb invertarlarının qorunması ilə bağlı görülən işlər müzakirə olunub. Rəy və təkliflər dinlənilib, qərarlar qəbul edilib.