Valideynlərlə “Ailəm və məktəbim” layihəsi çərçivəsində onlayn görüş keçiriib
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Oktyabrın 7-də məktəbin psixoloqu Şəfəq Ələkbərova “Ailəm və məktəbim” layihəsi çərçivəsində ibtidai sinif valideynləri ilə onlayn görüş təşkil etmişdir. Görüşdə məktəbə adaptasiya ilə bağlı çətinlik çəkən şagirdlərin valideynlərinə tövsiyələr verilmiş, valideynlərin övladları ilə dərsdən sonra səmərəli vaxt keçirməsi və onlarla düzgün ünsiyyət mövzusunda müzakirələr aparılmış, tövsiyələr verilmişdir. Sonda valideynlərin sualları ətraflı şəkildə cavablandırılmışdır.