"Şəhidlərimiz qürur mənbəyimizdir" adlı tədbir keçirilib

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. " "27 Sentyabr-Anım Günü" məktəbimizdə dərin hörmət və ehtiramla anılıb. Bununla əlaqədar olaraq məktəbdə müxtəlif səpkidə tədbirlər keçirilməkdədir. Bunlardan biri də "Şəhidlərimiz qürur mənbəyimizdir" adlı tədbir olub. Tədbirdə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu sükutla anılıb. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək bildirib ki, II Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Şagirdlərin ifasında Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi