Məktəbdə "Bilik günü" qeyd olunub

Sentyabrın 15-də məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə yeni tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edərək bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova da iştirak edib. Çıxış edən qonaq da bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını, xüsusən də ilk dəfə məktəbə qədəm qoyan körpə fidanları təbrik edərək ölkə başçısı, prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan söhbət açıb. Bu günün səbəbkarları-birincilərin ifasında şeirlər səsləndirilib. Məktəbin ilk zəngi çalınıb, birincilər alqış sədaları altında məktəbə daxil olublar. Məktəbdə tədris ilinin ilk dərsləri "Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi