Tədris ilinin yekunlarına dair Pedaqoji şura iclası keçirilib
İyun ayının 16-da 2022-2023-cü tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə IX və XI sinif şagirdlərinin buraxılış imtahan nəticələri, məktəbdaxili monitorinq imtahanlarının nəticələri, görülmüş işlərin müzakirəsi, məktəbin illik fəaliyyət planının icra vəziyyəti, 2023-2024-cü tədris ili üçün qarşıda duran hədəflər və cari məsələlər haqqında geniş çıxış edib.İclasda tədris ilinin yekunlarına dair direktor muavinlərinin hesabatı dinlənililib, daha sonra metodbirləşmə sədrlərinin hesabatı müzakirə edilib.