Məktəbdə "Son zəng" keçirilib

14.06.2023- cü il tarixində Yasamal rayonu Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə Son zəng tədbiri keçirilib. Bu il məktəbə 86 şagird "əlvida" deyəcək. Həmin şagirdlərin arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş polkovnik-leytenant Mehman Qənbərovun övladı Nurlan Qənbərov da var. Aparıcılar qonaqqları salamlayaraq bu günün səbəbkarlarını tədbcirə dəvət ediblər . Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və himn səsləndirilib.Tədbirdə Yasamal rayonu İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənov və nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov, nəğməkar -şair, prezident təqaüdçüsü Cəlal Qurbanov, şəhid ailə üzvləri və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü açan məktəbin direktoru Elza Bağırzadə məzunları təbrik edərək sözü Yasamal rayonu İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova verib. O da öz növbəsində məzunları və onların valideynlərini, müəllim kollektivini Rayon İcra Hakimiyyəti adından təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Tədbir məzunların hazırladıqları kompozisiyalarla davam etdirilib. Məzunlar məktəbin simvolik açarını onların davamçıları olan 10-culara təqdim ediblər. Həm 11,həm də birincilərin köməyi ilə SON ZƏNG vurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi