III SİNİFLƏRDƏ MONİTORİNQ KEÇİRİLİB
17 may 2023-cü il tarixdə məktəbdə BŞTİ tərəfindən III siniflər üzrə monitorinq təşkil olunub. Məqsəd III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhlillərin nəticələrinə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır. Monitorinqin müddəti 90 dəqiqə olub. Monitorinq zamanı nəzarətçilər materialların üz qabığıdakı məlumatı şagirdlərin diqqətinə çatdırıb.