20 Yanvar şəhidi Eldar Məmmədovun anım günü keçirilib
20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. 33 ildir Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. 20 yanvar o qanlı gecənin tarix yazan qəhrəmanlarından biri məktəbimizin qürurla adını daşıdığı Eldar Məmmədovdur. Mayın 13-də Eldar Məmmədovun doğum günüdür. Bununla əlaqədar olaraq məktəbdə anım günü keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, müəllimlər və şagirdlər iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadığı uğrunda canından keçən oğul və qızlarımızın ruhu birdəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.