Şəhidlər unudulmur!

Məktəbimizdə mütamadi olaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, qəhrəmanlıqlarının təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsi məqsədilə tədbirlər keçirilir, ən qabaqcıl siniflərə şəhidlərimizin adları verilir. Bu tədbirlərdən biri də mayın 12-də keçirilib. Məktəbin 11"A", 11"B", 11"C" siniflərinin şəhid adı ilə adlandırılması münasibətilə açılış mərasimi keçirilib. Şəhid Polad Həşimov, şəhid Mehman Qənbərov və şəhid Elvin İslamovun adını daşıyan siniflərin açılış mərasimində şəhid ailə üzvləri, müharibə iştirakçıları, qazilər, pedaqoji kollektiv və şagirdlər iştirak edib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Elza Bağırzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən bir neçə il ötdüyünü qeyd edərək milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan bütün igid əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib. Tədbirdə çıxış edən digər qonaqlar da Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıblar. Tədbir şagirdlərin ifasında kompozisiyalarla davam etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi