"Kiçik akademiya" üzvlərinin təqdimat işləri
Fevralın 15-də məktəbin tarix müəllimi Leyla Məmmədovanın təşkilatçılığı ilə şagirdləri elmi və yaradıcı axtarışlara həvəsləndirmək , onların müasir tədqiqat metodlarından səmərəli istifadə etməsinə yardım etmək məqsədilə "Kiçik Akademiya" üzvlərinin təqdimat işləri nümayiş etdirilib. Təqdimat işləri tarix, coğrafiya və biologiya fənləri üzrə aparılıb. Kiçik Akademiyaların məktəbdəki şagirdlərin təlim-tərbiyəsində, onlarda bir çox bacarığın inkişaf etdirilməsi yönümündə əhəmiyyəti əvəzsizdir.