20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr olunmuş tədbirlər keçirilib

20 Yanvar günü Azərbaycanın müasir tarixinə qürur və başucalığı gətirəna günlərdən biri kimi, xalqımızın qəhrəmanlıq səhifəsinə daxil olaraq Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Hər il olduğu kimi bu il də məktəbimizdə 20 Yanvar şəhidlərinin ruhu ehtiramla anılır. Məktəbin tədbirlər planına əsasən məktəbdə müxtəlif səpkidə tədbirlər keçirilir. Məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Eldar Məmmədova həsr olunmuş anım tədbirləri, şəhidlərə həsr olunmuş xüsusi dərslər, "Dəyirmi masa", "Şəhidlər ölmürlər!", "Adın tarixlərə yazdı şəhidlər" adlı ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi