Ulu Öndər Heydər Əliyevi hörmətlə anırıq!

Dekabrın 12-də Ulu öndər, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar olaraq məktəbimizdə müxtəlif səpkidə tədbirlər keçirilir. Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Tədbirlərdə ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb. "Sən elə bir zirvəsən", "Mən fəxr edirəm ki, azərbaycanlıyam", “Xalqa bağışlanan ömür”, “Heydər Əliyev irsini öyrənirik” və digər mövzularda keçirilən tədbirlərdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar foyedə fotostend, rəsm və əl işləri sərgisi təşkil olunub. Müəllim və şagirdlərin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.