"Şanlı zəfər tariximiz" adlı "Dəyirmi masa"

Məktəbdə noyabrın 11-də “Şanlı zəfər tariximiz” adlı “Dəyirmi masa” keçirilib. Tədbir Dövlət Himninin və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. V və VII sinif şagirdlərinin iştirakı ilə keçirilən “Dəyirmi masa”da tarix müəllimi Xatirə İsmayılova Ali Baş Komandanın Azərbaycanı qələbəyə aparan siyasətindən, ordumuzun şücaət və qəhrəmanlığından geniş olaraq bəhs edib. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.