"Narkomaniya ümumbəşəri bəladır!" adlı maarifləndirici tədbir keçirlib

Noyabrın 11-də məktəbdə "Narkomaniya ümumbəşəri bəladır!" adlı maarifləndirici tədbir keçirlib. Tədbirdə Yasamal rayon Polis İdarəsinin Əməliyyat İşi üzrə rəis müavini polis polkovnik-leytenant Ramil Mustafayev, Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal rayon Polis İdarəsinin Cinayət  Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Anar Şıxəliyev iştirak edib.  Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verib. Rayon polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru Nəbi Nəcəfov öz çıxışında son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artığını və sosial bəlaya qarşı aparılan kompleks mübarizə tədbirləri sırasında Abşeron rayonunda müxtəlif tədbir həyata keçirildiyini söyləyib. 11"C" sinif şagirdi Vüsal Nəbiyevin təqdimatında  "Narkotiklərə "YOX" deyək!" adlı videoçarx nümayiş olunub. Sonra mövzu ətrafında çıxış edən natiqlər narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biri olduğunu və bu öldürücü maddənin pəncəsindən necə yaxa qurtarmağın yollarını vurğulyıblar. Yekunda tələbələrin ünvanladığı suallar ətraflı cavablandırılıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi