Zəfər Gününə həsr edilmiş "Qarabağ Azərbaycandır" adlı məktəblərarası breyn-rinq keçirilib

Noyabrın 5-də 96 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Bakı şəhərinin 4 ümumtəhsil məktəbinin X-XI sinif şagirdlərindən ibarət komandaları arasında Zəfər gününə həsr edilmiş "Qarabağ Azərbaycandır" adlı breyn-rinq keçirilib. Yarışda Yasamal rayonu 21 nömrəli tam orta məktəbin, Nizami rayonu 229 nömrəli tam orta məktəbin, Xətai rayonu 56 nömrəli tam orta məktəbin və Sabunçu rayonu 96 nömrəli tam orta məktəbin komandaları iştirak edib. Yarış "I və II Qarabağ müharibələri" və"Zəfər günü" mövzularına həsr olunub. Püşkatma nəticəsində I turda 96 nömrəli tam orta məktəbin "Yenilməzlər" komandası 229 nömrəli tam orta məktəbin "Qarabağ" komandası ilə, II turda isə 56 nömrəli tam orta məktəbin "Zərbə" komandası 21 nömrəli tam orta məktəbin "Zəfər" komandası ilə görüşməli olub. Böyük rəqabət və gərgin keçən yarışın sonunda 229 nömrəli tam orta məktəbin "Qarabağ" komandası 18 balla birincilik əldə etmişdir. Məktəbimizin "Zəfər" komandası yarışda 16 bal qazanmışdır. Qalib komanda Fəxri Fərmanlarla təltif edilib.