Zəfərə gedən yol

Noyabrın 4-də məktəbdə texnologiya və müsiqi müəllimləri -Arzu Qaraxanova, Ülviyyə Qurbanova və Aydan Məmmədovanın təşkilatçılığı ilə "Zəfərə gedən yol" adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin "Zəfər Günü" kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən şanlı Azərbaycan Ordusu xalqımıza Möhtəşəm Zəfər yaşadıb. Tədbir şagirdlərin ifasında şeir, mahnı və rəqs nömrələri ilə davam etdirilib.