Şagirdlərimiz Hərb Tarixi Muzeyində

Şagirdlərdə hərbi vətənpərvərlik hissini gücləndirmək məqsədilə noyabrın 4-də məktəbin 6"A" və 6"B" sinif şagirdlərinin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunub. Bələdçi şagirdlərə muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatlar verib. Sonra şagirdlər "Zəfr günü"nə həsr olunmuş kompozisiyaya tamaşa ediblər.