21 saylı məktəbdə “Sağlam təhsil – sağlam millət” layihəsinin ekspertlər qrupu ilə görüş keçirilmişdir
25 aprel 2016-cı il tarixdə E.Məmmədov adına 21 saylı tam orta məktəbin akt zalında “Sağlam təhsil – sağlam millət” layihəsi əməkdaşları ilə məktəbin ibtidai sinif valideynlərinin görüşü keçirilmişdir. Görüşdə layihənin sağlamlıq üzrə eksperti Sədaqət Həsənova, layihə üzrə metodist Zöhrə Məmmədova, layihənin psixoloqu Vüsalə Xəlilova və “Sağlam təhsil” layihəsinin tətbiq olunduğu sinfin rəhbəri Lamiyə Xudiyeva çıxış edərək layihənin məzmunu, məqsəd və vəzifələri, şagirdlərin sağlamlığı və təhsili baxımından müsbət tərəfləri barədə valideynlərə ətraflı məlumatlar vermiş, valideynləri maraqlandıran suallara cavab vermişlər. Daha sonra layihəni əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş olunmuşdur. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Ceyhun Bayramlı layihənin təşəbbüskarlarına, rəhbərliyinə, əməkdaşlarına və bu layihənin gerçəkləşdirilməsinə qərar vermiş təhsil nazirinə məktəbin kollektivi adından təşəkkürünü bildirmiş, layihənin gələcək perspektivlərindən və gənc nəslin sağlam ruhda yetişməsinə verəcəyi faydalardan danışmışdır. Tədbirdən sonra növbəti dərs ilində övladları I sinfə qədəm qoyacaq valideynlər məktəbdə fəaliyyət göstərən “Sağlam təhsil” sinfinə baxış keçirmişlər.