Attestatların təqdimetməsi.

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydalarına əsasən, 206 nömrəli tam orta məktəbin 11-ci sinif məzunlarına attestatlar təntənəli şəkildə təqdim olundu.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

   Daha sonra məktəbin direktoru Cavid Cəfərzadə, direktor müavini Xanımqız Qəniyeva və sinif rəhbəri Əliyeva Gülər çıxış edərək məzunları təbrik etdilər. Çıxışlarda ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasəti, dövlət sənədlərinin verilmə qaydaları və bu mərhələnin gənclərin gələcək həyatında oynadığı mühüm rol vurğulandı. Eyni zamanda, məzunlara ali təhsil yolunda və həyatda uğurlar arzulanaraq, onların gələcəyinə inam ifadə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi