“Ailəm və məktəbim” layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi.

Məktəb və ailə arasında sıx əməkdaşlığın qurulması, şagirdlərin təlim-tərbiyəsində qarşılıqlı məsuliyyətin gücləndirilməsi məqsədilə “Ailəm və məktəbim” layihəsi çərçivəsində valideynlərlə növbəti görüş təşkil olundu. Görüşdə məktəbin rəhbərliyi, müəllim kollektivi və valideynlər iştirak etdilər.
Tədbir məktəbin direktoru tərəfindən açıq elan edilərək, layihənin əsas məqsədi barədə ətraflı məlumat verildi. Bildirildi ki, layihə valideynlərin məktəb həyatında daha fəal iştirakı, övladlarının təhsil və davranış inkişafını daha yaxından izləmələri üçün əhəmiyyətli bir platformadır.
Görüş zamanı müəllimlər siniflər üzrə tədris prosesi, şagirdlərin dərsə davamiyyəti, davranışları və akademik nəticələri barədə valideynləri məlumatlandırdılar. Eyni zamanda, valideynlər də öz fikir və təkliflərini səsləndirərək övladlarının təhsili ilə bağlı qayğılarını bölüşdülər.
Tədbirin sonunda məktəb və valideynlər arasında əməkdaşlığın gücləndirilməsi üçün bir sıra birgə fəaliyyət planları müzakirə olundu və birgə qərarlar qəbul edildi.
Belə görüşlər ailə-məktəb münasibətlərinin inkişafına, uşaqların məktəbdə daha sağlam və təhlükəsiz mühitdə inkişaf etməsinə müsbət təsir göstərir.