"Psixoloji Xidmət Aylığı" çərçivəsində 7-ci sinif şagirdləri ilə görüş keçirildi.

   "Psixoloji Xidmət Aylığı" tədbirləri çərçivəsində məktəbin 7-ci sinif şagirdləri ilə “İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirildi. Görüş zamanı şagirdlərlə internetin düzgün və təhlükəsiz istifadəsi ilə bağlı geniş müzakirələr aparıldı.

   Tədbirin əsas məqsədi şagirdlərə sağlam həyat tərzi aşılanması, təhlükəsiz internet istifadəsi qaydalarının öyrədilməsi və ümumilikdə təhlükəsiz həyat seçimləri barədə məlumatların verilməsi idi.

   Görüşün sonunda "İnternetdən asılılıq diaqnostikası" testi tətbiq olundu. Test nəticələrinə əsasən, internetdən daha çox istifadə edən şagirdlərlə fərdi söhbətlər aparıldı, onlara balanslı və məqsədyönlü internet istifadəsi ilə bağlı tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi