Qarabağ mövzusuna həsr olunmuş sənədli filmə baxış.

Məktəbin tədbirlər planına əsasən "7-dən 17-yə vətənpərvərlik" layihəsi çərçivəsində şagirdlər arasında vətənpərvərlik ruhunun aşılanması məqsədilə Qarabağ mövzusuna həsr olunmuş sənədli filmə birgə baxış təşkil olunmuşdur. Film izlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılmış, şagirdlər öz təəssüratlarını bölüşmüşlər.