İnternetdə təhlükəsizlik – hər birimizin məsuliyyətidir!

"Psixoloji Xidmət Aylığı" çərçivəsində məktəbimizin psixoloqu Səfiyyə Niyazova və Rəqəmsal bacarıqlar müəllimi Aygün Nağıyeva tərəfindən 5-ci sinif şagirdləri üçün “İnternet Təhlükəsizliyi” mövzusunda maarifləndirici seminar keçirildi.
Təhlükəsiz internet istifadəsi, onlayn davranış qaydaları və rəqəmsal risklər mövzusunda şagirdlərə ətraflı məlumat verildi. Seminarın sonunda isə mövzuya uyğun video nümayiş etdirildi. Şagirdlərimizi təhlükəsiz və məsuliyyətli internet istifadəsinə təşviq edirik!