"Son zəng"

206 nömrəli tam orta məktəbdə 2024–2025-ci tədris ilinin yekununa həsr olunmuş ənənəvi "Son zəng" tədbiri keçirildi.
14 iyun 2025-ci il tarixində 206 nömrəli tam orta məktəbdə 2024–2025-ci tədris ilinin başa çatması münasibətilə ənənəvi "Son zəng" tədbiri keçirildi. Tədbir saat 10:00-da başlandı və saat 12:00-da başa çatdı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Məktəbin direktoru Cavid Cəfərzadə tədbiri rəsmi olaraq açıq elan etdi, 11-ci sinif məzunlarını təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. O, çıxışında "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimatı iştirakçıların diqqətinə çatdırdı və bu əlamətdar günün həm şagirdlər, həm də valideynlər üçün böyük mənəvi dəyər daşıdığını vurğuladı.
Tədbir boyu şagird təhlükəsizliyi əsas diqqət mərkəzində saxlanıldı. Məzunlar tərəfindən hazırlanan musiqili və ədəbi-bədii kompozisiyalar nümayiş olundu. Bu çıxışlarda milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına, Vətənə və dövlətçiliyə bağlılıq kimi mövzular xüsusi yer aldı. Azərbaycan gəncliyinin milli ruhda tərbiyə olunmasının vacibliyi bir daha vurğulandı.
Buraxılış imtahanları, monitorinqlər və fənn müsabiqələrində yüksək nəticələr göstərmiş şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxrlə təqdim olunaraq, müxtəlif hədiyyə və təşəkkürnamələrlə mükafatlandırıldılar.