Oxu günü tədbiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin ''Oxu Günü'' tədbirinin keçirilməsi ilə əlaqədar müvafiq əmrinin icrasını təmin etmək məqsədilə Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair, qəzəlxan Arif Buzovnalı ilə şagirdlərin görüşü təşkil edildi. Şagirdlərimiz şairin ''Sarı güllər'' kitabından və Seçilmiş əsərlərindən şeirlər söylədilər. Şairin həyatı və yaradıcılğı barədə videoçarx nümayiş olundu. Şair Arif Buzovnalı mütaliənin və bədii ədəbiyyatın insan üçün mühüm əhəmiyyəti barədə maraqlı çıxış etdi, sonra isə şagirdləri düşündürən sualları cavablandırdı. Tədbirin sonunda şair Arif Buzovnalı kitablarını şagirdlərimizə hədiyyə olaraq təqdim etdi. Məktəbin direktoru Mirnağı Nəzərli maraqlı və dəyərli görüşə görə şair Arif Buzovnalıya təşəkkürünü bildirdi.