Nümunəvi distant dərs

''Virtual məktəb'' platformasında növbəti nümunəvi dərs təqdim olundu. Məktəbin musiqi müəllimi Məlik-zadə Sevda Ayaz qızının 6-b sinfində "Azərbaycan xalq musiqisi və operetta" mövzusunda distant dərsi dinlənildi. Azərbaycanda operetta janrının yaradıcısı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operasından musiqilər səsləndirildi. Həmçinin dərs prosesində şagirdlərə mövzu ilə əlaqəli slayd və videoçarxlar təqdim olundu. Distant dərsdə şagirdlər fəal iştirak etdilər. Məktəb rəhbərliyi tərəfindən dərs müzakirə edildi və metodiki tövsiyələr bildirildi.