Son Zəng tədbiri keçirildi
BŞTİ – nin müvafiq əmrinə əsasən məktəbin həyətində iyun ayının 14 – ü Son Zəng tədbiri təşkil edildi. Məlumat üçün qeyd edək ki, 2021 – 2022 – ci tədris ilində 11 – ci sinfi məktəbin 86 şagirdi bitirdi. Tədbirdə 11 – cilər, onların valideynləri, digər siniflərin valideyn komitə sədrləri, məktəbin müəllim heyəti və rayon icra hakimiyyətinin nümayəndəsi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı və açıq elan olundu. İlk olaraq məktəbin direktoru Nailə Cəfərova, rayon icra hakimiyyətinin məsul şəxsi Fətihi Hacıbaba çıxış edərək məzunları təbrik etdi, ürək sözlərini dilə gətirdilər. Daha sonra buraxılış imtahanında yüksək nəticə göstərmiş 11 – cilər və onların sinif rəhbərləri direktor tərəfindən fəxri fərmanla təltif olundu.
Tədbirin bədii hissəsində məktəbin istedadlı şagirdləri və 11 – cilər çıxış edərək maraqlı təqdimatlar etdilər. Sonda bilik açarının təqdimat mərasimi keçirildi, 1 – cilər tərəfindən son zəng çalındı.