Biz birlikdə güclüyük!

            “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar məktəbin fəaliyyət planına uyğun olaraq keçən tədris ilindən etibarən “Yaşıl məktəb” layihəsi tətbiq olunmaqdadır. Layihənin bu dəfəki iştirakçıları 5 “A” sinfidir.

            5 “A” sinfinin şagirdləri və bir qrup valideynin iştirakı ilə sinif rəhbəri Gülşən Mikayılovanın rəhbərliyi altında məktəbin həyətyanı sahəsinə gül şitilləri əkilib. Daha sonra 5 “A” sinif şagirdlərinin təhsil aldığı sinif otağına dibçək bitkiləri yerləşdirilib.

            Layihə çərçivəsində təşkil edilən tədbirdə şagirdlərin dünyanı sülhə, birliyə, ətraf mühiti qorumağa səsləyən təqdimatları nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi