Oktyabr ayı " Ekologiya ayı" elan olunub
“Yaşıl dünya naminə həmrəylik ili” və oktyabr ayının “ekologiya aylığı” elan edilməsilə əlaqədar məktəbdə silsilə tədbirlər təşkil olunub. 17 oktyabr tarixində məktəbin coğrafiya müəllimləri – Pərişan Orucova və İnsaf Calalovanın təşəbbüsü ilə maarifləndirici tədbir keçirilib. Tədbir “İşğaldan azad edilmiş ərazilərdə törədilən ekoloji terror” mövzusuna həsr edilib. Tədbirdə şagirdlərin movzu ilə əlaqədar təqdimatları nümayiş etdirilib, rəsm işlərinə və tullantılardan hazırladıqları əl işlərinə baxış keçirilib.
Oktyabr ayının “ekologiya aylığı” elan edilməsi ilə bağlı məktəbin təsviri incəsənət müəllimi Gülayə Əliyevanın rəhbərliyi ilə istedadlı şagirdlərin rəsm işlərindən ibarət rəsm sərgisi təşkil olunub, ekoloji guşə yaradılıb.