Layihə üzrə işlərə start verildi

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrand Müsabiqəsinin Yaşıl dünyanın təşviqi nominasiyası üzrə qalib olmuş “Batareya aksiyası” layihəmiz öz işinə başlamışdır.

Layihənin birinci mərhələsində şagirdlər batareyaların torpağa və bitkilərə təsirini görmək üçün təcrübə aparacaqlar. Bunun üçün 5-6 nəfərdən ibarət iki qrup yaradıldı. Hər iki qrup saxsı dibçəkdə eyni vaxtda kartof əkdilər. I qrup əkilmiş kartofun torpaq səthinə 1-2 ədəd istifadə müddəti bitmiş batareya yerləşdirdilər. Qruplar xüsusi qrafik üzrə bitkilərə qulluq edəcəklər. Onlar bitkilərin inkişafını izləyəcəklər və qeydlər aparacaqlar. Təcrübədə müşahidə etdiklərinin səbəblərini araşdıracaqlar. Qruplar birlikdə müşahidə qeydləri əsasında təhlil aparacaq, statistik cədvəllər və qrafiklər hazırlayacaqlar.

"Batareya aksiyası" layihəsində komando üzvlərinə və layihə rəhbəri,məktəbin direktoru Nailə xanım Cəfərovaya uğur arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi