Pedaqoji Şuranın növbəti iclası keçirilib
15 oktyabr tarixində məktəb pedaqoji şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə bir sıra məsələlərlə bərabər ETN - nin müvafiq əmrinə əsasən "Xüsusi hallar zamanı təhlükəsizlik tədbirləri" və "Şagird davranış qaydaları" da daxil edilib.
Qeyd etmək lazımdır ki, bu tədris ilindən məktəbimiz "Şagird davranış qaydaları" layihəsinə qoşulub. Bununla əlaqədar iclasda məktəbin pedaqoji heyəti ətraflı məlumatlandırılıb. Məktəbin direktoru Nailə Cəfərova və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Məmmədova sənədin icrası ilə əlaqədar bir sıra zəruri məqamları müəllimlərin diqqətinə çatdırıb. Daha sonra "Şagird davranış qaydaları" ilə əlaqədar nəzarət intizam şurasının (NİŞ) tərkibi müəyyənləşdirilib.