Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

27 sentyabr – Anım Günü ilə əlaqədar məktəbin fəaliyyət planına uyğun olaraq silsilə tədbirlər keçirilib. 27 sentyabr tarixində ibtidai siniflərdə sinif təşkilat saatları Anım gününə həsr edilib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini yad etmək məqsədilə məktəbin bir qrup şagird, müəllim və valideyn heyəti Fəxri Xiyabana yollanıb, şəhidlərin məzarına tər güllər düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Məktəbin 3 “C” sinif şagirdləri 27 sentyabr – Anım günü ilə əlaqədar “Unutmuruq, unutdurmuruq!” adlı videoçarx hazırlayıb. Videoçarxda şagirdlər biri – birindən fərqli çıxışları, vətənpərvər ruhda təqdimatlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi