Qarabağ Azərbaycandır!
6 noyabr tarixində məktəbdə Zəfər Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib. Tədbir məktəbin musiqi müəllimi, 8 "E" sinif rəhbəri Lətafət Mustafayeva tərəfindən ərsəyə gətirilib. Tədbirdə müəllimlər, şagirdlər, məktəbin Vətən müharibəsi iştirakçısı olmuş məzunları və valideynlər iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 8 Noyabr - Zəfər Günündən bəhs edən videoçarx izlənib.
Tədbir biri - birindən istedadlı şagirdlərin maraqlı çıxışları, vətənpərvər səhnəcikləri, dərin məzmunlu kompozisiyaları ilə baxımlı və yaddaqalan olub. Tədbirin sonunda məktəbin direktoru Nailə xanım Cəfərova çıxış edərək tədbir iştirakçılarını, o cümlədən qonaqları Zəfər Günü münasibətilə təbrik edib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Nailə xanım daha sonar təbrik üçün sözü tədbirin fəxri qonaqlarına – məktəbin Vətən müharibəsi iştirakçısı olmuş məzunlara verib.