Dəmir yumruq

            Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın humanitar blokunun şagirdləri may ayının 6 - da tarix müəllimi Arzu Pirinin rəhbərliyi ilə “Dəmir yumruq” başlığı altında dəyirmi masa keçiriblər. Şagirdlər 44 günlük Vətən müharibəsində rəşadət göstərən Azərbaycanın müzəffər ordusu haqqında geniş araşdırmalar aparıb, onların döyüş taktikasını mütəxəssislərin fikirlərinə əsaslanaraq araşdırıblar. KA – nın üzvləri həmçinin Azərbaycanda ordu quruculuğunun tarixindən danışıb maraqlı müzakirələr aparıb və qeyd ediblər ki,  Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan ordusu öz gücünü bütün dünyaya bəyan edib və artıq Azərbaycan ordusu bir çox dünya ölkələri üçün örnək xarakteri daşımaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi